Rusiyada Azərbaycan vətəndaşının daxil olduğu mütəşəkkil cinayətkar qruplaşma üzrə cinayət işinin istintaqı başa çatıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyanın Samara vilayətinin müstəntiqləri Azərbaycan vətəndaşı Şövqi Şərifovun da daxil olduğu mütəşəkkil cinayətkar qruplaşmanın 4 üzvünə qarşı cinayət işinin istintaqını başa çatdırıbkar.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, onlar qruplaşmadakı rollarından asılı olaraq mütəşəkkil dəstə yaratmaqda, dəstədə iştirak etməkdə, quldurluqda, adam qaçırmaqda, qəsbetmədə ittiham olunurlar.

İstintaqın versiyasına görə, 2016-cı ilin sentyabr ayında təqsirləndirilən şəxslərdən biri Samarada eyniadlı vilayətin üç sakini və Azərbaycan vətəndaşından ibarət cinayətkar dəstə yaradıb.

2016-cı ilin 5-18 sentyabr tarixləri ərzində Samarada narkotik alveri ilə məşğul olan dəstə üzvləri vətəndaşlara qarşı azı 7 silahlı hücum ediblər. Hücumlar əsnasında dəstə üzvləri zorla, silahdan istifadə edərək qurbanların əmlakını, pullarını və avtomobillərini oğurlayıblar.

Dəstənin bütün üzvləri polis tərəfindən saxlanılıb, həbs edilib. Cinayət işi açılıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54