Rusiyada axtarışda olan şəxs Tərtərdə tutulub

Bakı. 16 noyabr. REPORT.AZ/ Rusiya Federasiyasında axtarışda olan şəxs tutulub.

"Report" un Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu maddəsi (öldürməklə və ya sağlamlığa ağır zərər vurma ilə hədələmə) ilə axtarışda olan Çingiz Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54