Rəis köməkçisi Gədəbəy Polis Şöbəsində təhqiqatçı təyin olunub

Gəncə Baş Polis İdarəsinin rəis köməkçisi çalışmış polis polkovnik-leytenantı Gədəbəy Rayon Polis Şöbəsində təhqiqatçı vəzifəsinə təyin edilib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Əjdər İsgəndərov Gədəbəy rayon Polis Şöbəsində təhqiqatçı təyin olunub.

Qeyd edək ki, Ə.İsgəndərov bu vəzifədən öncə Gəncə şəhər Baş Polis İdarəsində rəis köməkçisi olub.

Digər xəbərlər