Bakı. 21 sentyabr. REPORT.AZ/ Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən oğurluqla məşğul olan 3 nəfərdən ibarət dəstə tutulub. "Report" xəbər verir ki, rayonun Şəftəhal kənd sakini Nisə Məmmədovanın polis şöbəsinə etdiyi müraciəti əsasında əməliyyat-axtarış qrupu yaradılıb. Oğurluqda sübhəli bilinən Bərdə rayon sakinləri 32 yaşlı Elman İsmayılov, onun qardaşı 33 yaşlı Taryel İsamyılov və qardaşların dostu 25 yaşlı Ramin Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, oğru dəstə gündüz vaxtı kəndləri gəzərək ərazini seçiblər. Əsasən də Qurban bayramına sayılı günlər qaldığından bayramı fürsət bilərək xüsuilə qurbanlığa yararlı qoyunları oğurlayıblar. Oğurluqla məşğul olan dəstə soncu dəfə oğurladıqları qurbanlıq qoçlardan ikisini satıb və biri polis tərəfindən maddi sübut kimi götürülüb. Zərdab rayon polis şöbəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri Zərdabla yanaşı, Ucar rayonunda bu kimi cinayət əməllərini həyata keçiriblər. Hazırda onların digər rayonlarda oğurluq edib etməməsi araşdırılır. Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi açılıb araşdırma aparılır.
Azərbaycanda qurbanlıq qoyunları oğurlayan dəstə tutulub
Digər xəbərlər
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
24 oktyabr, 2026 / 15:27
Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
24 oktyabr, 2026 / 14:49
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
24 oktyabr, 2026 / 10:34
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
24 oktyabr, 2026 / 09:37
Cəlilabadda açıq sahədə baş verən yanğın söndürülüb - Yenilənib
23 oktyabr, 2026 / 22:18
Gəncədə beşaylıq körpə ölüb
23 oktyabr, 2026 / 19:14
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb
23 oktyabr, 2026 / 18:57
4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib
23 oktyabr, 2026 / 17:54
Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var
23 oktyabr, 2026 / 17:26
Salyanda avtoqəza olub, ölən və yaralananlar var - Yenilənib
23 oktyabr, 2026 / 16:29
Göyçayda evlərdən 24 min manat oğurlanıb
23 oktyabr, 2026 / 16:21
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
23 oktyabr, 2026 / 15:31
Sel Dırnısda 15 evin təsərrüfat sahəsinə ziyan vurub, heyvanlar tələf olub - Yenilənib
23 oktyabr, 2026 / 14:12
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
23 oktyabr, 2026 / 09:21
Neftçalada 13 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
22 oktyabr, 2026 / 22:57
Ordubadın Dırnıs kəndindən sel keçib
22 oktyabr, 2026 / 20:20
Naxçıvan Aqroservisin sədri həbs edilib
22 oktyabr, 2026 / 19:36
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
22 oktyabr, 2026 / 17:22