Qubada zəlzələ olub - YENİLƏNİB

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Quba rayonunda baş verən zəlzələ ilə bağlı məlumat yayıb. 

Mərkəzin mətbuat xidmətindən "Report"a bildirilib ki, oktyabrın 4-də saat 06:36:38-də Qubadan 10 km şimal-qərbdə rayon ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss edilib.

Zəlzələnin maqnitudası 3.6, dərinliyi 6 kilometr olub.


*** 7:21

Quba. 4 oktyabr. REPORT.AZ/ Qubada zəlzələ olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə oktyabrın 4-də rayon ərazisində qeydə alınıb. 3 bala yaxın olan zəlzələ yerli sakinlər tərəfindən hiss olunub. 

Quba Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna dağıntılar və təlafətin qeydə alınmadığı bildirilib. 

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37