Qubada minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Quba rayonunda yol qəzası olub.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "Volkswagen Passat" avtomobilləri toqquşub.

Nəticədə VAZ-da olan Talabı kənd sakinləri - Absalam Seyidəliyev və Mahirə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41