Siyəzəndə avtobusla yük maşını toqquşub - FOTO

Bakı. 30 yanvar. REPORT.AZ/ Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Bakı-Quba-Rusiya sərhəddi avtomobil yolunun Siyəzən rayonun Zarat kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı-Quba marşrutu ilə hərəkət edən avtobusla “KamAZ” markalı yük maşını toqquşub. İlkin məlumata görə, yük maşını avtobusu sıxışdıraraq yoldan çıxarıb. Qəza nəticəsində avtobusun sağ tərəfi əzilib, şüşələri sınıb.

Qəza nəticəsində avtobusun sürücüsü Mirzəbala Cəbrayılov xəsarət alıb. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48