Qobustanda avtomobil aşıb, ər və arvad xəsarət alıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Qobustan rayonunda avtomobil aşıb.

“Report”un xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 71-ci kilometrliyində qeydə alınıb.

1990-cı il təvəllüdlü Muradov Kamran Mehman oğlunun idarə etdiyi “AzSamand” markalı avtomobil aşıb.

Hadisə nəticəsində sürücü və onun həyat yoldaşı 1992-ci il təvəllüdlü Axundova Fəridə Şahinqızı xəsarət alıb.

Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər