Qobuda avtomobillə vurulan gənc qız ağır xəsarət alıb

Abşeron rayonunda 27 yaşlı gənc qız yol-nəqliyyat hadisəsində xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1995- ci il təvəllüdlü Sultanova Reyhan Kazım qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın koməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ bud çanağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38