Qəbələdə yol qəzası olub, ölən var - YENİLƏNİB

Qəbələ. 31 yanvar. REPORT.AZ/ Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Əzəmməd Hidayətov idarə etdiyi  “Vaz 21012 “ markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə yerləşdirilib. 


*** 08:21

Qəbələ. 31 yanvar. REPORT.AZ/ Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Vaz 21012 “ markalı avtomobil idarəetməni itirərərk yoldan çıxıb və yol kənarındakı dirəyə çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56