Qəbələdə 36 yaşlı qadın intihar edib

Bakı. 16 yanvar. REPORT.AZ/ Qəbələ sakini intihar edib.

Bu barədə “Report”a Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, rayonun Mirzəbəyli kənd sakini 1981-ci il təvəllüdlü Gülər Ağayeva özünü yaşadığı evdə asaraq intihar edib.

Faktla bağlı rayon prokuroroluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54