Qazaxıstan FHN: Aktauda qəzaya uğrayan təyyarədə 67 nəfər olub

Bu gün Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 67 nəfər olub.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qazaxıstan FHN-in Fövqəladə Halların Aradan Qaldırılması Departamentinin qəza-xilasetmə xidmətlərinin qüvvə və vasitələri İdarəsinin rəisi Kayrat Janaspayev bildirib.

"İlkin məlumata görə, təyyarədə 67 nəfər olub, onlardan 5 nəfəri ekipaj üzvü olub", - o qeyd edib.

Digər xəbərlər