Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var

Qazax. 6 dekabr. REPORT.AZ/ Qazax rayonunda yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Nəticədə sürücü və sərnişini xəsarət alıb, avtomobilə isə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər