Qazaxda avtomobil 56 yaşlı kişini vurub, sürücü qaçıb

Qazax. 19 mart. REPORT.AZ/ Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Bala Cəfərli kənd sakini, 1962-ci il təvəllüdlü Rəhman Zəkəriyə oğlu Məmmədov yolu keçmək istəyən zaman naməlum avtomobil onu vurub və sürücü hadisə yerindən qaçıb. Ağır bədən xəsarətləri alan R.Məmmədovu huşsuz vəziyyətdə yoldan keçən sakinlər gördükdən sonra Təcili Tibbi Yardım Stansiyasına və polisə məlumat veriblər.

Qazax Mualicə Diaqnoztika Mərkəzinin Reanimasiya şöbəsində müalicə olunan yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39