Qazaxda 31 yaşlı piyadanı avtomobil vurub

Qazax. 27 dekabr. REPORT.AZ/ Qazax rayonunda 31 yaşlı piyadanı avtomobil vurub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb. 

Belə ki, Qazax rayon Kosalar kənd sakini, 1986-cı il təvəllüdlü Tapdıq Qiyas oğlu Quliyev yolu keçmək istəyərkən avtomobil tərəfindən vurularaq ağır yaralanıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29