Qazaxda 17 yaşlı qız kimyəvi dərmandan zəhərlənib

Qazax. 29 avqust. REPORT.AZ/ Qazax rayonunda zəhərlənmə hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Dəmirçilər kəndində 17 yaşlı yerli sakin E.İbrahimova yaşadığı evdə kimyəvi dərmandan zəhərlənib.

O, ağır halda xəstəxanaya yerləşdirilib. Qızın dərmanı bilmədən içdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47