Qazax sakini özünə bıçaq xəsarəti yetirib

Qazax. 21 oktyabr. REPORT.AZ/ Qazax rayonunda yerli sakin özünə bıçaqla xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Aslanbəyli kənd sakini, 1961-ci il təvəllüdlü Tanrıverdi Hacıyev qarın nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub.

İlkin məlumata görə, o, özü-özünü bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə kişi qohumunu bıçaqlayıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47