Qaxda avtomobilin vurduğu 78 yaşlı kişi ölüb

Qaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən kənd sakini - 1947-ci il təvəllüdlü Abdurrəhman Hacımurad oğlu Əliyevi vurub.

78 yaşlı A. Əliyev hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38