Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb

Qaxda avtomobil 20 metr hündürlükdən dərəyə düşüb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunun İlisu kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Toyota" markalı avtomobil sərt döngədə idarəetməni itirərək maşını 20 metr dərinlikdə olan dərəyə aşırıb. Məlumata görə, hadisə zamanı 1 nəfər xəsarət alıb və Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda əraziyə polis əməkdaşları cəlb olunub, avtomobilin dərədən çıxarılması istiqamətində işlər aparılır.

Digər xəbərlər

Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48