Qax sakini at arabasını aşırıb, ölən var

Bakı. 14 mart. REPORT.AZ/ Qax rayon sakini at arabasını aşırıb, arabaçı ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Qorağan kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini Şahin Əliyev sürdüyü at arabasının aşması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər