Qax rayonunda zəlzələ olub

Qax. 6 sentyabr. REPORT.AZ/ Axşam saat 21:43 radələrində Şimal-Qərb bölgəsində yerləşən Qax rayonunda zəlzələ olub.

"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, yeraltı təkanlar hiss olunub.

Yerli sakinlər bildiriblər ki, bir dəfə qeydə alınan təkanlar təqribən 3 saniyə çəkib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45