Qaradağda göl kənarında kişi meyiti tapılıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Qaradağ rayonunda təxmınən 45-50 yaşlarında kişi meyiti aşkar edilib. 

"Report" xəbər verir ki, cəsəd Lökbatan-Buta yolunda gölün kənarında tapılıb. Meyitin üzərində zoraklıq əlamətləri görünməyib. 

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən istintaq davam etdirilir. 

Meyitin şəxsiyyəti araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47