Qaradağda avtomobil maneəyə çırpılaraq aşıb, 18 yaşlı gənc yaralanıb

Bakının Qaradağ rayonunda 18 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Avtomobildə olan sərnişin 2006-cı il təvəllüdlü Əhmədli Əli İlqar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39