Qaradağda avtobus yolu keçən piyadanı vuraraq öldürüb

Bakı. 2 yanvar. REPORT.AZ Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən piyadanı avtobus vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məluamata görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi “Mercedes” markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub. 

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47