Qara Qarayev metrosunun yaxınlığında gənc oğlan bıçaqlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Qara Qarayev metrosunun yaxınlığında gənc oğlan bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə ötən gün Nizami rayonunda baş verib.

Metronun Qara Qarayev stansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Səmədzadə Elşən Lətif oğlu naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı E.Səmadzadə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13