Qar Şəmkir-Gədəbəy yolunda çətinlik yaradıb

Şəmkir rayonunda yağan qar nəticəsində maşınların hərəkəti Şəmkir-Gədəbəy yolunda xüsusən Yasamal aşırımlarında çətinlik yaranıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin regional Mətbuat xidmətindən məlumat yayıb.

Yağan qar nəticəsində Şəmkir-Gədəbəy yolunda avtomobillərin hərəkətində çətinliklər yaranıb.

"Bununla bağlı sürücülərdən xahiş olunur ki, bu yoldan maksimum az istifadə etsinlər", - Mətbuat xidmətindən bildirilib.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50