Prokuror həmyerlisini öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayonunda qətl törətməkdə ittiham edilən Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, V.Hacıyevin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyulun 30-da davam ediriləcək.

İttihama görə, Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb.

V.Hacıyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər