Polis qanunsuz saxlanılan silah-sursat aşkarlayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 21 tüfəng, 2 patron darağı və 11 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36