Polis Bakı bulvarında özünü öldürmək istəyən qızın həyatını xilas edib

Bakı. 6 iyul. REPORT.AZ/ Bakıda 28 yaşlı qız intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə Səbail rayonunda, Dənizkənarı Milli Parkda (Bakı bulvarı) qeydə alınıb.

Burada Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Şəbnəm Məmmədova intihar məqsədi ilə özünü dənizə atmağa cəhd edib. Lakin polis əməkdaşları intiharın qarşısını alıblar.

Digər xəbərlər