Pirşağıda avtomobillər toqquşub, yaralanan var

Bakının Sabunçu rayonunda 17 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Paşayeva Xədicə Səyyad qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26