Paytaxtın məşhur çay evində bıçaqlanma olub

Bakı. 5 iyul. REPORT.AZ/ Bakının Nizami rayonunda yerləşən "Opera" çay evində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Neftçilər" metrostansiyası yaxınlığında qeydə alınıb.

Mübahisə zəminində 42 yaşlı Paşayev Teymur (Aydan) Əli oğlu bıçaqlanıb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin cərrahi müdaxiləsindən sonra yaralı evə buraxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37