Paytaxtda toydan evə gedən kişini maşın vurub

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda piyadanı avtomobil vurub.

"Report” xəbər verir ki, hadisə 1985-ci il təvəllüdlü Feyzullayev Elvin Bayram oğlu "Təbrik" şadlıq sarayından çıxaraq yolu keçmək istəyən zaman baş verib.

Yaralı Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47