Paytaxtda sərxoş sürücü sürət həddini aşaraq qəza törədib, yaralananlar var

Bakı. 1 fevral. REPORT.AZ/ Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, 1992-ci il təvəllüdlü Emin Səfərəliyev sərxoş vəziyyətində "VAZ-2106" markalı avtomobil ilə hərəkətdə olarkən sürət həddini aşıb və qəfil idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Sürücü E.Səfərəliyev və sərnişin 1992-ci il təvəllüdlü Elçin Babayev xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Suraxanı Rayon Polis idarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47