Paytaxtda kişi naməlum şəraitdə bıçaq yarası alıb

Bakıda kişi naməlum şəraitdə bıçaq xəsarəti alıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsində qeydə alınıb.

Məlumata görə, Bəhmanov Ceyhun Nizami oğlu sol əlindən bıçaq yarası alıb.

Xəstəxanaya aparılan yaralı əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Digər xəbərlər