Paytaxtda 76 yaşlı kişini avtomobil vurub

Bakının Nizami rayonunda 76 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" un məlumatına görə, avtomobil yolu keçən 1946-cı il təvəllüdlü Əliyev İman Şamil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04