Paytaxtda 31 yaşlı kişini avtomobil vuraraq xəsarət yetirib

Bakının Nəsimi rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Kərimov İlham Şahvələd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ diz qapağının sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14