Paytaxt bazarlarından birində bıçaqlanma hadisəsi baş verib

Bakı. 8 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 44 yaşlı Məmmədov Ceyhun Mail oğlu "8-ci kilometr bazarı"nda tanımadığı şəxslə mübahisə edib. Bu zaman o sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsində araşdırma aparılır.

Digər xəbərlər