Ötən il Bakıda motosiklet qaçıran şəxs saxlanılıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda ötən il motosiklet qaçırdığına görə axtarışda olan şəxs motosikletlə birgə tutulub.

“Report” xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. 

Belə ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il mayın 15-də İlya Sapriqinin “Zontes” markalı motosikletini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rac Abdullayev motosikletlə birgə saxlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39