Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Azərbaycanda 2025-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 11 min 626 olub.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə "Azərbaycanda uşaqlar" adlı statistik məcmuədə bildirilib.

Bu, 2024-cü ilə nisbətən 1602 körpə azdır.

Onlardan 4599-u şəhər yerlərində, 7027-si kənd yerlərində doğulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47