Ötən il avtomobillə vurulan piyada xəstəxanada ölüb

Bakı. 25 yanvar. REPORT.AZ/ Ötən il avtomobillə vurulan piyada xəstəxanada ölüb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, ötən il mart ayının 17-də paytaxtın Nizami rayonunun Çobanzadə küçəsində Bakı şəhər sakini Ülviyyə Yaqubova idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Ramil Yusifovu vurub. R.Yusifov bu il yanvarın 24-də evində ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13