Ötən həftə azad olunan torpaqlarda 1693 hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə ötən həftə ərzində (dekabrın 1-7 ) 66 tank əleyhinə mina, 273 piyada əleyhinə mina, 1511 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1693.4 hektar ərazi minalardan təmizlənib.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49