Ötən gün Kür çayında batan 19 yaşlı gəncin meyiti tapılıb

Bakı. 14 avqust. REPORT.AZ/ Ötən gün Kür çayında batan 19 yaşlı gəncin meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, avqustun 13-də Samux rayonu, Qırmızı Samux qəsəbəsi ərazisindən keçən hissəsində batan 1998-ci il təvəllüdlü Əsədov İsmayıl Yolçu oğlunun meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47