Oğuzda irigövdəli ağacın budağı qırılaraq avtomobil yolunu bağlayıb

Oğuz rayonunda irigövdəli ağacın budağı qırılaraq avtomobil yolunu bağlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bayan kəndi ərazisindən keçən hissəsində irigövdəli ağacın budağı qırılaraq yolun hərəkət hissəsinə düşüb.

Nəticədə yolda hərəkət qismən dayanıb.

Dərhal əraziyə cəlb olunan aidiyyəti qurumlar tərəfindən yolda hərəkətin bərpası istiqamətində işlər aparılıb və yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39