Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var

Oğuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrinin hər ikisi yoldan çıxaraq ağaclara çırpılıb.

Qəza zamanı 3 nəfər (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47