Oğuzda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarında yerləşən fındıq bağına aşıb. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27