Oğurluğa görə saxlanılan şəxsin axtarışda olduğu məlum olub

Bakı. 16 iyul. REPORT.AZ/ Qusar Rayon Polis Şöbəsinə  iyulun 14-də müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.

DİN-in Mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Çingiz Rəhimov bir gün əvvəl Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurlayıbmış.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39