Novxanıda avtomobilin vurduğu şəxs xəstəxanada ölüb

Abşeron rayonunda yol qəzası olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 8-də saat 11 radələrində rayonun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini S.Vəliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Qobustan rayon sakini A.İsmayılovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə yük avtomobili yanıb 25 aprel, 2026 / 13:01
Göyçayda marketdə yanğın olub 25 aprel, 2026 / 10:23