Novxanıda avtobus piyadanı vuraraq öldürüb

Abşeronda avtobus piyadanı vuraraq öldürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 9-da saat 19 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində kənd sakini F.Vəliyev idarə etdiyi “Otokar” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Eminağa Ağaverdiyevi vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41