Nizami rayonunda orta yaşlı kişini maşın vurub

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində orta yaşlı kişini maşın vurub.

"Report" xəbər verir ki, hadisə 1955-ci il təvəllüdlü Xəlilov Nüsrət Surət oğlu Rüstəm Rüstəmov küçəsində piyadalar üçün nəzərdə tutulmayan yoldan keçərkən baş verib.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər