Nizami rayonunda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Neftçilər metrosunun yaxınlığında 99-UE-332 dövlət nömrə nişanlı "Volkswagen Jetta" markalı avtomobil təqribi 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib. Qəza yerinə PPX, DYP əməkdaşları və təcili tibbi yardım briqadası və təxliyə maşını gəlib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54